- Cəmiyyət

AVRO-2024: Almaniya qrup lideri, İsveçrə ikinci olub

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun İsveçrə – Almaniya görüşü başa çatıb.

“Report” xəbər verir ki, Frankfurtdakı “Valdştadion”da keçirilən matç 1:1 hesabı ilə yekunlaşıb.

Hesabı 28-ci dəqiqədə isveçrəlilərdən Dan Ndoye açıb. Meydan sahibləri 90+2-ci dəqiqədə Niklas Fullkruqla “status-kvo”nu bərpa edib.

Bu nəticənin ardından A qrupunda xallarının sayını 7-yə çatıdran Almaniya birinci, xal ehtiyatını 5-ə çatdıran İsveçrə isə ikinci olub. Hər iki komanda AVRO-2024-ün 1/8 finalına yüksəlib.