- Cəmiyyət

AVRO-2024: İngiltərə millisi turnirə qələbə ilə başlayıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub.

“Report”un məlumatına görə, turnirin favoritlərindən hesab edilən İngiltərə I turda Serbiya seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma britaniyalıların qələbəsi ilə bitib – 1:0. Yeganə qolu 13-cü dəqiqədə Cud Bellinqem vurub.

C qrupunun digər görüşündə Danimarka Sloveniya ilə bərabərə qalib – 1:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

00:05

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının Serbiya – İngiltərə matçında ikinci hissə başlayıb.

“Report”un məlumatına görə, britaniyalılar hazırda hesabda öndədirlər – 1:0.

13-cü dəqiqədə Cud Bellinqem fərqlənib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

23:49

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının Serbiya – İngiltərə matçında birinci hissə başa çatıb.

“Report”un məlumatına görə, britaniyalılar fasiləyə üstün yollanıblar – 1:0.

13-cü dəqiqədə Cud Bellinqem fərqlənib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

23:14

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının Serbiya – İngiltərə matçında hesab açılıb.

“Report”un məlumatına görə, 13-cü dəqiqədə britaniyalılar rəqibi məyus ediblər.

Cud Bellinqem fərqlənib.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

21:01

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun başlayıb.

“Report”un məlumatına görə, Serbiya – İngiltərə matçı Bakı vaxtı ilə saat 23:00-da start götürüb.

Qarşılaşmanı italiyalı Daniele Orsato idarə edir. C qrupunun digər görüşündə Danimarka Sloveniya ilə bərabərə qalıb – 1:1.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.