- Cəmiyyət, Manşet

AVRO-2024: İspaniya ilk finalçı olub

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İspaniya və Fransa yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

“Report” xəbər verir ki, Münhendəki “Alyans Arena”da reallaşan matçda pireneylilər qələbə qazanıb – 2:1.

Hesabı 9-cu dəqiqədə fransızlardan Kolo Muani açıb. 21-ci dəqiqədə Lamin Yamal “status-kvo”nu bərpa edib. İspanların qələbə qoluna isə 25-ci dəqiqədə Dani Olmo imza atıb.

Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibinin adına bu gün, saat 23:00-da start götürəcək Niderland – İngiltərə matçında aydınlıq gələcək.