- Cəmiyyət

AVRO-2024: İtaliya, Ukrayna və Danimarka qələbə qazanıb

AVRO-2024-ün seçmə mərhələsində VII tura yekun vurulub.

“Report”un məlumatına görə, C, G və H qruplarında ümumilikdə 7 qarşılaşma keçirilib.

Son qitə çempionu İtaliya Maltanı məğlub edib. C qrupunun digər görüşündə Ukrayna Şimali Makedoniyanı üstələyib.

G qrupunda Litva Bolqarıstanı, Macarıstan Serbiyanı yenib.

H qrupunda isə Şimali İrlandiya San Marinonu, Sloveniya Finlandiyanı və Danimarka Qazaxıstanı məğlubiyyətə uğradıb.

Bu qruplarda final mərhələsinə vəsiqə qazanacaq komandaların adlarına növbəti turlarda aydınlıq gələcək.

AVRO-2024, seçmə mərhələ

VII tur

C qrupu

Ukrayna – Şimali Makedoniya 2:0

İtaliya – Malta 4:0

Xal durumu: İngiltərə – 13 (5 oyun), İtaliya – 10 (5), Ukrayna – 10 (6), Şimali Makedoniya – 7 (6), Malta – 0 (6)

G qrupu

Bolqarıstan – Litva 0:2

Macarıstan – Serbiya 2:1

Xal durumu: Macarıstan – 13 (5), Serbiya – 10 (6), Monteneqro – 8 (5), Litva – 5 (6) Bolqarıstan – 2 (6)

H qrupu

Şimali İrlandiya – San Marino 3:0

Sloveniya – Finlandiya 3:0

Danimarka – Qazaxıstan 3:1

Xal durumu: Sloveniya – 16 (7), Danimarka – 16 (7), Finlandiya – 12 (7), Qazaxıstan – 12 (7), Şimali İrlandiya – 6 (7), San Marino – 0 (7)