- Cəmiyyət

AVRO-2024: Macarıstan son dəqiqə qolu ilə qələbə qazanıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunun Şotlandiya – Macarıstan görüşü başa çatıb.

“Report” xəbər verir ki, Ştutqartdakı “MHP Arena”da keçirilən matç macarların minimalhesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 90+10-cu dəqiqədə Kevin Çobot Şotlandiya yığmasının qapısından keçirib. Bu qələbə sayəsində 3 xal qazanan Macarıstan A qrupunu üçüncü sırada başa vurub. Şotlandiya isə 1 xalla sonuncu olub.