- Cəmiyyət, Manşet

AVRO-2024: Qrup mərhələsində III tur başlayır

Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsində bu gün III tura start veriləcək.

“Report”un məlumatına görə, ilk olaraq A qrupunda iki qarşılaşma baş tutacaq.

1/8 final mərhələsinə vəsiqəni təmin edən Almaniya millisi İsveçrəni sınağa çəkəcək.

Şotlandiya isə Macarıstanla üz-üzə gələcək. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

23 iyul

AVRO-2024

A qrupu

23:00. İsveçrə – Almaniya

Baş hakim: Daniele Orsato (İtaliya).
Frankfurt, “Valdştadion”.

23:00. Şotlandiya – Macarıstan

Baş hakim: Fakundo Telyo (Argentina).
Ştutqart, “MHP Arena” stadionu.

Xal durumu: Almaniya – 6, İsveçrə – 4, Şotlandiya – 1, Macarıstan – 0.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.