- Cəmiyyət

AVRO-2024: Şotlandiya – İsveçrə matçı heç-heçə yekunlaşıb

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya – İsveçrə matçı başa çatıb.

“Report” xəbər verir ki, bu görüşdə qalib müəyyənləşməyib – 1:1.

Hesabı şotlandlar açıb. 13-cü dəqiqədə Fabian Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə 26-cı dəqiqədə Cerdan Şakiri imza atıb.

Qeyd edək ki, A qrupunun digər oyununda Almaniya Macarıstana 2:0 hesabı ilə qalib gəlib.

1. Almaniya 2 2 0 0 7-1 6

2. İsveçrə 2 1 1 0 4-2 4

3. Şotlandiya 2 0 1 1 2-6 1

4. Macarıstan 2 0 0 2 1-5 0

00:07

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya – İsveçrə matçında ikinci hissə başlayıb.

“Report” xəbər verir ki, ilk hissədən sonra hesab bərabərdir – 1:1.

Şotlandların heyətində Fabian Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə Cerdan Şakiri imza atıb.

23:48

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya – İsveçrə matçında birinci hissə yekunlaşıb.

“Report” xəbər verir ki, ilk yarıdan sonra hesab bərabərdir – 1:1.

Şotlandların heyətində Fabinəan Şer avtoqol müəllifi olub. İsveçrənin bərabərlik qoluna isə Cerdan Şakiri imza atıb.

23:28

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya – İsveçrə matçında hesab bərabərləşib.

“Report” xəbər verir ki, 26-cı dəqiqədə Cerdan Şakiri şotlandların qapısına yol tapıb – 1:1.

Qarşılaşma davam edir.

23:15

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Şotlandiya – İsveçrə matçında hesab açılıb.

“Report” xəbər verir ki, 13-cü dəqiqədə şotlandlar hesabda önə çıxıb.

İsveçrəlilərin heyətində Fabian Şer avtoqol müəllifi olub.

23:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turu çərçivəsində günün son matçı start götürüb.

“Report” xəbər verir ki, A qrupunun görüşündə Şotlandiya İsveçrə ilə qarşılaşır.

Oyunu slovakiyalı İvan Krujlyak idarə edir.