- Cəmiyyət

AVRO-2024: Türkiyə Uelsi, Fransa Yunanıstanı qəbul edəcək

Bu gün futbol üzrə AVRO-2024-ün seçmə mərhələsində IV tura start veriləcək.

“Report”un məlumatına görə, beş qrupda 12 qarşılaşma oynanılacaq.

Son dünya çempionatının finalçısı Fransa yığması Yunanıstan, İngiltərə isə Şimali Makedoniyanı qəbul edəcək.

D qrupunda çıxış edən Türkiyə millisi Uelsi sınağa çəkəcək.

AVRO-2024 seçmə mərhələ

B qrupu
22:45. Fransa – Yunanıstan
22:45. İrlandiya – Cəbəllütariq
Xal durumu: Fransa – 9 (3 oyuna), Yunanıstan – 6 (2 oyuna), Niderland – 3 (2), İrlandiya – 0 (2), Cəbəllütariq – 0 (3)

C qrupu
20:00. Ukrayna – Malta
22:45. İngiltərə – Şimali Makedoniya
Xal durumu: İngiltərə – 9 (3 oyuna), Ukrayna – 3 (2), İtaliya – 3 (2), Şimali Makedoniya – 3 (2), Malta – 0 (3)

D qrupu
20:00. Ermənistan – Latviya
22:45. Türkiyə – Uels
Xal durumu: Türkiyə – 6 (3), Xorvatiya – 4 (2), Uels – 4 (3), Ermənistan – 3 (2), Latviya – 0 (2)

H qrupu
20:00. Finlandiya – San-Marino
22:45. Sloveniya – Danimarka
22:45. Şimali İrlandiya – Qazaxıstan
Xal durumu: Danimarka – 6, Qazaxıstan – 6, Finlandiya – 3, Sloveniya – 6, Şimali İrlandiya – 3, San Marino – 0

I qrupu
22:45. İsveçrə – Rumıniya
22:45. İsrail – Andorra
22:45. Belarus – Kosovo
Xal durumu: İsveçrə – 9, Rumıniya – 7, İsrail – 4, Kosovo – 3, Andorra – 1, Belarus – 0