Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.
“Report”un məlumatına görə, sonuncu – IX turda kişilərdən ibarət komanda Fransa yığması ilə, qadınlar isə Niderlandla üz-üzə gələcək.
Qeyd edək ki, 8 turdan sonra kişilərdən ibarət Azərbaycan və Fransa komandaları 12 xalla 2-3-cü yerləri bölüşdürür. 10 xalı olan qadınlar isə Ukrayna ilə birlikdə 4 – 5-ci yerlərdə gedir.
Avropa çempionatı, IX tur
20 noyabr
Kişilər
Fransa – Azərbaycan
Alireza Firuzca – Şəhriyar Məmmədyarov
Maksim Vaşye-Laqrav – Teymur Rəcəbov
Maksim Laqarde – Rauf Məmmədov
Jil Mussar – Nicat Abbasov
Qadınlar
Azərbaycan – Niderland
Günay Məmmədzadə – Jaogin Penq
Gülnar Məmmədova – Elin Roebers
Ülviyyə Fətəliyeva – Maçteld Van Forest
Gövhər Beydullayeva – Tea Lançava