- Cəmiyyət

Avropa Liqası: “Barselona” “Ayntraxt”la, “Lion” “Vest Hem”lə heç-heçə edib

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.

“Report”un məlumatına görə, son 3 görüşdə 2 heç-heçə, 1 qələbə qeydə alınıb.

İspaniya “Barselona”sı Almaniyada “Ayntraxt”la bərabərə qalıb – 1:1. Matçda hesabı 48-ci dəqiqədə meydan sahiblərinin heyətində Ansqar Knauff açıb. Qonaqlardan isə 66-cı dəqiqədə Ferran Torres fərqlənib.

İngiltərədə “Vest Hem” və Fransa “Lion”u arasındakı oyunda da qalib müəyyənləşməyib. Yeganə qələbəni Portuqaliya “Braqa”sı evdə qazanıb. Meydan sahibləri Şotlandiya “Reyncers”ini məğlub ediblər.

Avropa Liqası, 1/4 final

İlk oyunlar

7 aprel

20:45. “Leyptsiq” (Almaniya) – “Atalanta” (İtaliya) – 1:1

Qollar: Davide Zappakosta, 58 (avtoqol) – Luis Muriel, 17

23:00. “Ayntraxt” (Almaniya) – “Barselona” (İspaniya) – 1:1

Qollar: Ansqar Knauff, 48 – Ferran Torres, 66

Qırmızı vərəqə: Tuta, 78 (“Ayntraxt”)