UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib.
“Report” xəbər verir ki, ilk olaraq 4 oyun keçirilib.
“Barselona” İspaniyada İtaliya “Napoli”sini qəbul edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Qonaqların heyətində 29-cu dəqiqədə Pyotr Zelinski hesabı açıb. Kataloniya təmsilçisində Ferran Torres 59-cu dəqiqədə penaltidən bərabərlik qolunu vurub.
Günün gözlənilməz nəticəsi Almaniyada qeydə alınıb. Şotlandiya “Reyncers”i Dortmund “Borussiya”sını 4:2 hesabı ilə yenib.
“Zenit” Rusiyada İspaniyanın “Betis” komandasına 2:3, Portuqaliya “Braqa”sı Moldovada “Şerif”ə 0:2 hesabı ilə uduzub.
17 fevral
UEFA Avropa Liqası
Pley-off mərhələsi
21:45. “Barselona” (İspaniya) – “Napoli” (İtaliya) – 1:1
21:45. “Zenit” (Rusiya) – “Betis” (İspaniya) – 2:3
21:45. “Şerif” (Moldova) – “Braqa” (Portuqaliya) – 2:0
21:45. “Borussiya” (Dortmund, Almaniya) – “Reyncers” (Şotlandiya) – 2:4
Qeyd edək ki, cavab qarşılaşmaları bir həftə sonra olacaq.