- Cəmiyyət

Avropa Mərkəzi Bankı Aİ rezidenti olan rusiyalıları nəzarətə götürüb

Avropa Mərkəzi Bankı bəzi banklara Aİ rezidentləri də daxil olmaqla, bütün rusiyalı və belaruslu müştərilərinin əməliyyatlarını yoxlamağı və nəzarətə götürməyi tapşırıb.

APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumata görə, bu tapşırıq sözügedən müştəriləri öz hesablarından istifadə edərək Rusiyaya qarşı tətbiq olunan Qərb sanksiyalarından yan keçmək üçün istifadə edilməməsini təmin etmək məqsədilə verilib. Bu, o deməkdir ki, depozit və kredit portfelləri artırması gözlənilən on minlərlə rusiyalı və belaruslu müştərilər hazırda banklar tərəfindən sıx nəzarətə götürülüb.

Məlumata görə, banklarda əsas narahatlıq doğuran məqam ondan ibarətdir ki, onların müştəriləri tərəfindən sanksiyaya məruz qalan qurumlar ilə əməliyyatları həyata keçirilsə bankların özü də yüksək məbləğdə cərimə oluna bilinər.