- Cəmiyyət

Avropa Oyunları: Lunyov yarımfinalda, Camalova və Eyvazova mübarizəni dayandırıb

Azərbaycanın qadın atıcıları Ülviyyə Eyvazova və Aydan Camalova Polşada keçirilən III Avropa Oyunlarında mübarizəni dayandırıb.

Təsnifat mərhələsinin (trap) 2-ci günündə çıxış edən idmançılar finala adlaya bilməyiblər.

Eyvazova 125 hədəfdən 120-ni, Camalova isə 125-dən 114-nü vurub.

Azərbaycan atıcısı Ruslan Lunyov Polşada keçirilən III Avropa Oyunlarında 25 metr məsafəyə tapança ilə atəş açmada yarımfinala yüksəlib.

Ikiqat Avropa çempionu təsnifat mərhələsinin 2-ci günündə 289 xal toplayıb.

İki günün nəticələrinə əsasən, xallarını 581-ə çatdıran snayper yekunda 6-cı pilləni tutaraq, mərhələ adlayıb.

Yeni qaydalara əsasən, təsnifat mərhələsini ilk “8-lik”də bitirən idmançılar yarımfinala vəsiqə qazanırlar. Atıcılar bu raundda hərəsində 4 nəfər olmaqla iki qrupda mübarizə aparırlar. İlk iki sıranı tutan idmançılar finala yüksəlirlər. (report)