İnsan ömür boyu sosial dairəsini getdikcə genişləndirir, yeni insanlarla tanış olur. Yeni tanışın sizinlə əlaqə saxlaması üçün onda xoş təəssürat yaratmalısınız. Qarşısındakı şəxsin milliyyətini bilmək vacibdir ki, ölkəsinin əxlaqi və etik standartlarına uyğun davranasan. Məsələn, bolqar əslili qıza sarı çiçək vermək olmaz, çünki onlarda bu gül nifrət rəmzidir. Cənub-Şərqi Asiyadan olan şəxsin başına toxunsan, nəzakətsiz və tərbiyəsiz bir insan reputasiyası qazana bilərsən. Qeyd edək ki,bir sıra soyadlar qarşıdakı şəxsin milliyyətini dəqiq müəyyən etməyə kömək edə bilər.
Beləliklə..
Ukraynalılar. Soyadların birinci qrupu -enko, -ko, -yuk, -çuk (Kreşenko, Qrişko, Vasilyuk, Kovalçuk) şəkilçilərindən istifadə etməklə formalaşır. İkinci qrup sənət və ya məşğuliyyət növünü bildirir (Qonçar – dulusçu, Koval – dəmirçi). Soyadların üçüncü qrupu bir sıra Ukrayna sözlərindən (Qorobets, Ukrainets, Parubok), həmçinin sözlərin birləşməsindən (Verniqora, Nepiyvoda, Bilous) ibarətdir.
Belaruslar. Tipik belarus soyadları -iç, -çik, -ka, -ko, -onak, -yonak (Radkeviç, Dubrovka, Parşonok, Kuxarçik, Kastsyuşka) ilə bitir; sovet dövründə bir çox soyadlar ruslaşdırılıb və polyaklaşdırılıb (Dubrovski, Kostyuşko);
Latviyalılar. Kişilər -s, -is, qadınlar -a, -e ilə bitən soyadlardan istifadə edir (Verbitckis – Verbicka, Şurins – Şurina)
Litvalılar. Kişi soyadları -onis, -unas, -utis, -aitis, -enas (Petrenas, Norvidaitis), qadın soyadları ərin soyada -en, -yuven, -uven və -e sonluğu artırılmaqla (Qrinyus – Qrinyuvienė) düzəldilir. Ərə getməmiş qızların soyadları ata soyadlarına -ut, -yut, -ayt və -e şəkilçisi (Orbakas – Orbakayte) artırılmaqla düzəlir.
Estonlar. Kişi və qadın soyadlara görə fərqlənmir, bütün əcnəbi soyadlar (əsasən alman) bir vaxtlar estonlaşdırılıb (Rosenberq – Roozimyae). Bu proses bu gün də davam edir, məsələn, Estoniya millisində oynaya bilmək üçün futbolçular Serqey Xoxlov və Konstantin Kolbasenko soyadlarını Simson və Naxka dəyişdirmək məcburiyyətində qalıblar.
Polyaklar. Əksər soyadlarda kişi və qadın cinsini göstərən -sk, -tsk şəkilçisi və (-aya) sonluğu var (Suşitski, Kovalskaya, Xodetski, Volnitskaya). Bu soyadlarla yanaşı, dəyişilməz formalı soyadlar da polyaklar arasında yayılıb (Novak, Senkeviç, Voznyak)
Fransızlar. Bir çox soyaddan əvvəl Le və ya De (Le Pen, De Pompadur) prefiksi qoyulur. Müxtəlif ləqəblər və şəxsi adlar soyadları
yaratmaq üçün istifadə edilib.
İngilislər. Aşağıdakı soyadlar geniş yayılıb: yaşayış yerlərinin adlarından əmələ gələnlər (Skott, Uels); peşə bildirən (Klerk – dövlət qulluqçusu, Hoqqard – çoban, Smit – dəmirçi); əlamət göstərən (Armstronq – güclü, Svit – şirin).
Almanlar. Şəxs adlarından düzəldilmiş soyadlar (Verner, Peters); bir insanı xarakterizə edən soyadlar (Krause – qıvrımsaç, Klayn – kiçik); fəaliyyət növünü göstərən soyadlar (Müller – dəyirmançı, Leman – torpaq sahibi);
İsveçlilər. Soyadların çoxu -sson, -berq, -sted, -strom ilə bitir (Andersson, Olsson, Forsberq, Bostrom);
Norveçlilər. Soyad düzəltmək üçün -en (Larsen, Hansen) şəkilçisindən istifadə edilir. Şəkilçi və sonluqsuz soyadlara da rast gəlmək olar (Per, Morten). Norveç soyadları heyvanların və ağacların və təbiət hadisələrinin adlarını ifadə edə bilər (Blizzard – çovğun, Svane – qu quşu, Furu – şam).
İtalyanlar. Bu xalqın soyadları -ini, -ino, -ello, -illo, -etti, -etto, -ito (Benedetto, Moretti, Esposito) şəkilçiləri ilə düzəlir, həmçinin -o, -a, -i (Konti, Cordano, Kosta) ilə bitə bilər. Di- və da- prefiksləri müvafiq olaraq insanın ailə mənsubluğunu və coğrafi mövqeyini bildirir (Di Moretti – Morettinin oğlu, Da Vinçi – əslən Vinçidən olan).
İspanlar və portuqallar. Bunlar ez, -es, -az, -iz, -oz (Qomez, Lopes) ilə bitən soyadlardan istifadə edir. İnsanın xarakterindən xəbər verən soyadlar da geniş yayılıb (Aleqre – şən, Bravo – cəsur, Malo – pis).
Yunanlar. Yunan soyadlarını başqa soyadlarla qarışdırmaq olmaz, onlarda yalnız -idis, -kos, -pulos (Anqelopoulos, Nikolaidis) sonluqları var.
İnternet materialları əsasında hazırladı: Kim BİLİR