- Cəmiyyət

Avropa Şurası Bakı və Yerevanla danışıqlara başlayıb

Avropa Şurası qarşılıqlı etimad mühiti formalaşdırmaq üçün Azərbaycan və Ermənistanla danışıqlara başlayıb.

Modern.az xəbər verir ki, bu barədə Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç açıqlama verib.

O bu barədə Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxışında deyib.

Buriç həmçinin, Avropa Şurasının və digər strukturların münaqişə zonasına maneəsiz gedib-gəlməsinini vacibliyini vurğulayıb.