Avstraliya, ABŞ və Yaponiya bu ay Cənubi Çin dənizində hərbi təlimlər keçirəcək.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, təlimlər avqustun 23-də başlayacaq.
Qeyd olunub ki, hərbi təlimlərin məqsədi Çin gəmilərini müşahidə etməkdir.
Təlimlərdə iştirak etmək üçün hər 3 ölkə Filippinə hərbi gəmilər göndərəcək.