Avstraliyanın Baş naziri Skott Morrison vətəndaşlarını Ukraynanı dərhal tərk etməyə çağırıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Baş nazir Milli Təhlükəsizlik Komitəsinin iclasının yekununda danışıb.
“Biz son bir neçə həftədə Ukraynadakı bütün avstraliyalılarla aydın çağırışla əlaqə saxlamağa çalışırdıq. İndi isə artıq ayrılmağın vaxtıdır. Biz bu çağırışlarımızı gücləndiririk”, – siyasətçi vurğulayıb.