- Mədəniyyət

Avstraliyanın ilk Azərbaycan musiqi qrupu Sidneydə konsert verib

Avstraliya İttifaqında fəaliyyət göstərən ilk Azərbaycan musiqi qrupu olan “AYTAY”ın Sidney şəhərində konserti keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, konsertdə Azərbaycanın bəstəkar mahnılarından ibarən ifalar və Əməkdar artisti Sevinc Hüseynlinin ifasında rəqslər nümayiş olunub.

Tədbirdə Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərov, Sidney, Kanberra, Melburn və Brisben şəhərlərindən diaspor nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Avstraliyada “AYTAY” musiqi qrupunun əsası 2017-ci ildə güneyli soydaşımız Aslan Şərifi tərəfindən qoyulub. 2024-cü ildən başlayaraq qrupun Brisben və Melburn şəhərlərində konsertləri keçirilib.