- Dünyanın ən uzun sözlərindən bir neçəsi fin dilindədir. Bu, 61 hərfdən ibarət olan “lentokonesuihkuturbiinimoottoriapumekaanikkoaliupseerioppilas” sözüdür. Mənası “təyyarə reaktiv turbina mühərrikinin köməkçi mexaniki olan hərbi rütbəli tələbə” deməkdir. Gündəlik rast gəlinən söz olmasa da, əzbərləyib dostlarınızı heyrətləndirə bilərsiniz.
- Bəzən fin dilində tək bircə söz başqa dillərdə ifadə olunan 6-7, hətta daha çox sözdən ibarət cümləni əvəz edə bilir. Məsələn, əgər toqqanızın altını bərkitmək fikrinə düşmüsünüzsə, eləcə “söisinköhän” Bu, “görəsən, nəsə yeyimmi?” deməkdir.
- Bu dildə cins kateqoriyası yoxdur və “hän” elə bizdəki kimi həm kişilər, həm də qadınlar üçün “o” deməkdir.
- Ginnesin rekordlar kitabına düşən ən uzun palindrom fin dilindədir: “saippuakivikauppias”. Mənası “sabun daşı satan”dır.
- Bir çox dünya dillərinə keçmiş tək-tük fin sözlərindən ən məşhuru “sauna” sözüdür. Onlarda bu hər cür hamam və çimmək proseduruna şamil edilir. Finlər üçün sauna gündəlik həyatın ayrılmaz hissəsidir. Finlandiyada sauna evlərdən başqa ofislərdə, fabriklərdə, idman mərkəzlərində də var. Hətta Helsinkidəki “Burqer Kinq” kafesində, xizək kurortunda və Finlandiya Parlamentində də saunalar quraşdırılıb.
- Fin dilində ismin 15 halı var. Bu fakta görə dünyanın ən çətin dillərindən biri hesab olunur.
- Bu dilin lüğət tərkibi çox zəngindir. “Qar” üçün xeyli sözləri var. Onu düzgün təsvir etmək finlər üçün vacibdir. Bir neçəsini misal verim:
- Lumi – ümumi “qar” sözü
- Viti – təmiz, parlaq qar (məsələn, vitivalkoinen – “tərtəmiz ağ”)
- Hanki – yerə yığılmış qalın qar təbəqəsi
- Tykky – ağır, budaqlara yapışan yaş qar
- Räntä – yağışla qarışıq yağan yaş qar
- Loska – əriyən, palçıqlı qar (qara su)
- Jäätävä tihku – donan çiskin (çox incə qar dənəcikləri)
- Nuoska – islanmış, yapışqan qar (qar topu düzəltmək üçün ideal)
- Pakkaslumi – çox yüngül, toz kimi quru qar
- Jauholumi – ələnmiş un kimi tozşəkilli qar
- Fin dilini musiqi ilə müqayisə edirlər. Bu dildə intonasiya və ritm cümlədəki sözlərin mənasını başa düşməkdə böyük rol oynayır. Vurğu sözlərin birinci hecasına düşür.
- Finlər, adətən, sözləri birbaşa, hərfi tərcümə edirlər. Bu, əslində onların sadə və praktik düşüncə tərzindən qaynaqlanır. Onlar əşyaları gördükləri kimi adlandırırlar.-
-Jääkaappi (fridge) – “buz şkafı”
–Tietokone (kompüter) – “bilik maşını
–Arpakuutiot (zərlər) – “təsadüfi kubiklər” - Nöqtə çox vacibdir. Sözlər yazıldığı kimi oxunur. Səhv tələffüz edilən söz bütöv cümlənin mənasını dəyişə bilər. Məsələn, ä hərfi a hərfi ilə eyni deyil. Fin əlifbasında bu hərflər ayrı-ayrı olaraq siyahıya salınır, fərqli tələffüz edilir və fərqli mənalar daşır. Məsələn: säde (işıq şüası) və sade (yağış) – ä hərfi tələffüzü və mənası dəyişdirir.
- Fin dilində gələcək zaman üçün forma yoxdur. İndiki zamandan istifadə edirlər, bir neçə əlavə söz artırmaqla cümlədən gələcəkdə baş verəcək bir məsələdən danışdıqlarını anlamaq olur. Yeri gəlmişkən, heç vaxt olmayacaq bir şeydən danışanda “inəklər uçanda” frazeologizmindən istifadə edirlər.
- Hələ də işlək olan bəzi fin sözlərinin tarixi 4000 il əvvələ gedib çıxır. Yazılı fin dilinin nə vaxt, haradan başladığı haqqında məlumat yoxdur. Bilinən budur ki, ən qədim fin yazı nümunəsi təxminən 1200-cü illərin ortalarına aiddir. Bu yazılar Rusiyada, Novqorodda tapılıb. Onu müasir fin dilinə tərcümə etməyə cəhd ediblər, bu yazının magiyaya aid olduğunu iddia edənlər də olub.
- Fin əlifbası 29 hərfdən ibarətdir. Standart latın qrafikalı əlifbalarına İsveç dilindən “Å” və “Ö” hərflərini və “Ä” (”ahh” kimi tələffüz edilir, məsələn ”alma” sözündə olduğu kimi) artırıblar. “W” hərfi fin dilində nadir işlənir, əsasən alınma sözlərdə və ya adlarda rast gəlinir.
- Avropa Birliyinin 24 rəsmi dilindən biridir. Bu dildə 5 milyon adam danışır ki, bunun da 90 faizi ölkə əhalisinin payına düşür.
- Finlər həm doğulduqları günü, həm də adlarının gününü qeyd edirlər. Bu ənənə orta əsrlərdən gəlir. Təqvimdə hər günə bir ad var və adamlar adlarının günündə də bir-birinə açıqca göndərir, tort alıb bayram edirlər.
- Fin dilində 7 əsas dialekt var. Hər birinin də özünəməxsus sub-dialektləri mövcuddur. Orada da kəndli və şəhərli ləhcələri var.