ChatGPT-dən daha səmərəli istifadə etmək və sorğulara spesifik cavablar almaq üçün bir sıra texniki üsullar var. Onlardan istifadə etməklə, Sİ sizə daha rəngarəng cavablar verəcək. Bunun üçün sadəcə olaraq bir neçə kod sözdən düzgün istifadə etmək lazımdır.
- ELI5 (Explain Like I’m 5) – yəni “5 yaşım varmış kimi izah et”)
Bu koddan istifadə etdikdə Sİ istənilən qəliz məsələni ən sadə, demək olar ki, uşaq dili ilə izah edəcək.
- TLDR (summorize long text into short – uzun mətni qısalt)
Bu kod sorğunuza yığcam cavab verəcək.
- Jargonize (professional nerdy tone − peşəkar və ya intellektual formada cavab hazırlayır)
Bu kodla cavab daha “ağıllı” formada təqdim olunacaq.
- Humanize (sound like a human – “adam” kimi cavablandır)
Bu kodla Sİ çəkingən, qeyri-səmimi, şablon, süni cavablar verməyəcək. Elə təəssürat oyanır ki, sanki insanla söhbət edirsən.
- Feynman Technique (deep understanding – dərindən anlama)
Bu texnika sualınızı 4 mərhələyə bölməklə daha sanballı cavablar verəcək, mövzunu dərindən anlamağa kömək edəcək.
YADDA SAXLAMALI MƏQAMLAR:
- Bu kodlar mütləq İNGİLİS ŞRİFTLƏRİ ilə YAZILMALIDIR. Əks halda işləməyəcək.
- Bu kodlardan lazım olanını yazırsınız və ya TİRE qoyaraq sorğunu qeyd edirsiniz, ya da kod sözü DIRNAQ içində qeyd edib, arxasınca əlavə heç bir işarə daxil etmədən sorğunuzu yazırsınız.
Məsələn:
TLDR – Füzuli
Və ya:
“TLDR” Füzuli