DİL, NİTQ, YADDAŞ
- Unu çox ələ, ancaq söhbəti kəsə elə.
- Söhbət şahmat oyunu kimidir: uğurlu başlamaq çox vacibdir.
- Hörük saç ayrımından, söhbətsə arqumentlərdən başlayır.
- Söhbətin mənası deyilən sözlərdən asılıdır.
- Yaxın adamla söhbəti nala-mıxa vurmadan başla.
- Yaxın adamlar divar arxasından danışmırlar.
- Mahir natiqin nitqi çay kimi axır.
- Qonağı söhbətlə doydura bilməzsən.
- Yaxşı danışıqla borc ödəmək olar.
- Şirin soya verilən yerə get, şirin söhbətlə baş aldadılan yerə yox.
- Rəvan nitq dalğa kimidir.
- Dodaqlarının demək istədiyi sözü yox, ürəyində düşündüklərini söylə.
- Dağılmış düyünü yığa bilərsən, ancaq deyilmiş sözü qaytara bilməzsən.
- Dilin ayağı yoxdur, amma min li[1] yol gedə bilər.
- Dilin sümüyü yoxdur, ancaq insanları xurd-xəşil edir.
- Dilində bal, ürəyində xəncər.
- Dil balta üstündədir.
- Dilini dişlərinin arasında saxlamağı bacar.
- Mülayim danışığın sonu əksər hallarda xahişlə bitir.
- Yuxu o qədər maraqlı olmur, yuxunu danışmaq maraqlı olur.
- Məsləhəti dinləmək həmişə xoş olmur, amma ona əməl etmək həmişə fayda gətirir.
- Tutuquşu kimi çərənləmə.
- Yuxu görməmiş danışma.
- Naqqalın söhbətində həqiqət olmaz.
- Özü haqqında qeybətə qulaq asmaq xəstəlik, qulaq asmamaq məlhəmdir.
- Çoxunun dediyi şeyə inanmamaq çətindir.
- Çərənçinin ağzına buruntaq lazımdır.
- Qəbirdə belə lüzumsuz sözlər danışma.
- Boş söhbətlər uşağın da yuxusunu qaçırdar.
- Söz-söhbət çox olan evdə soya turş dadar.
- Çərənçidən ağıllı fikir eşitməzsən.
- Gəvəzəni özünlə heç balığa gedəndə də aparma.
- Boş-boş söhbətlər pis musiqi kimidir.
- Ağzıdağınıqlıq dəmiri də əridər.
- Yol yoxdursa, getmə, mənasız sözlər danışma.
- Çaya üzəndə bələd olursan, insana danışanda.
- Hətta anamız belə qəlbimizə tam dərindən bələd deyil.
- İtin nədən şikayət etdiyini bilə bilməzsən.
- Söz sözü gətirər.
- Gündüz quşlar, gecələr siçanlar qulaq asırlar.[2]
- Düyü qırığı ilə ağıl artmaz.
- Nohur görən ördək kimi çığırır.
- Elə cikkildəyir ki, elə bil sərçə yeyib.
- Səhər sağsağanı kimi cikkildəyir.
- Qeybətcilin söhbəti Sabok[3] çayının sularına bənzəyir.
- Özünü tərifləməyi qəbirə saxla.[4]
- Axmağın yazdığı qeydlər ağıllının yaddaşından güclü olur.
- Nəyisə yadda saxlamaq üçün bulud üstündə yazmazlar.[5]
- İt sahibini bir ildən sonra da görsə tanıyacaq.
[1] “Li” Koreyada uzunluq vahididir, 400 m-ə bərabərdir.
[2] Yəni həmişə ehtiyatlı olmaq lazımdır, kimsə söhbətinizi dinləyə bilər.
[3] Asiyada suyu bulanıq, çirkli olan çaydır. Qeybətcilin söz-söhbətlərinin ikrahdoğuran, etibarsız, insana zərər verə biləcəyi mənasında işlənir.
[4] Yəni özünü heç vaxt tərifləmə.
[5] Yəni yaddan çıxmaması üçün yazılı qeydlər aparılmalıdır.