- Köşə

Aygün ƏZİZ. Koreya xalq deyimləri, atalar sözləri, zərb-məsəllər, müdrik fikirlər

AİLƏ, ÖVLAD, QOHUM-ƏQRƏBA, SEVGİ

  1. Yaxşı valideynlərin yaxşı uşaqları olur.
  2. Yaxşı bacının əri də yaxşıdır.
  3. İyirmi yaşa qədər dünyaya uşaq gətir, otuza qədər həyatınızı qur.
  4. Hamı elə bilir ki, qonuşunun məhsulu özününkündən daha yaxşıdır, hamı elə bilir ki, öz qızı hamınınkından daha gözəldir.
  5. Hamıya öz uşağı daha yaxşı görünür, amma arvadı pis.
  6. Axmaq adam arvadını, ağılllı isə uşaqlarını təriflər.
  7. Kişinin üç bəlası var: su, od, deyingən arvad.
  8. Araqdan bir gün, dar ayaqqabıdan bir gün, deyingən arvaddan bir ömür boyu əziyyət çəkərlər.
  9. Ailə davası əksər hallarda it boğuşmasını xatırladır.
  10. Ərlə arvadın davası bıçaqla bölünmüş suya bənzər.
  11. Fikirlərin üst-üstə düşməsi ərlə arvadı yaxınlaşdırır.
  12. Kasıb evdə ər arvadın nazını daha çox çəkər.
  13. Qəmini əri ilə bölüşən arvad daha çox sevgiyə layiqdir.
  14. Uşaq gözləyən arvadına qarşı çox diqqətli ol.
  15. Ərlə arvad ayrılanda, əksər hallarda düşmənə çevrilirlər.
  16. Dava-dalaşdan sonra ərinə qayıdan arvad onun valideynlərinə daha yaxşı davranır.
  17. Bir gecəlik məhəbbət Çin səddi qurmağa qadirdir.
  18. Sevimli arvadının valideynlərinin evinə salam göndər.
  19. Nalayiq əri arvadının bacarığı da xilas etməz.
  20. Otaqda oğula elə gəlir ki, anası, mətbəxdə isə arvadı haqlıdır.
  21. Arvadını itirmisənsə, burada valideynlərini günahlandırma.
  22. Ərinin evində xoş deyilsə, qayıt öz valideynlərinin evinə.
  23. Qız övladı olmayan ev ocağı olmayan soba kimidir.
  24. Qız övladı çox olan evin qapıları həmişə açıq olur.
  25. Gəlini evə gətirməyə tələsməzlər.
  26. Quş öz yumurtasındakı çirki görməz.
  27. Hər oğulun öz öhdəliyi var.
  28. Böyük oğul kiçiyi kiçiyin onu sevdiyindən daha çox sevər.
  29. Məhsul olmayan il həm uşaqlar, həm də valideynlər son tikələrini bir-biri ilə bölüşür.
  30. Uşağı cəzalandıranda onu daha çox sevməyə başlayırsan.
  31. Ancaq özü övladlarını böyüdən valideynlərinin qədrini bilər.
  32. Valideynlər uşaqlarını uşaqlarının onları istədiyindən daha çox sevər.
  33. Əlilin oğlu valideyinin qayğısına daha yaxşı qalar.
  34. Uşaqları yaxşı geyindirmək elə də asan iş deyil.
  35. Övladları tərəfindən unudulan valideynlər yarpaqsız ağac kimidirlər.
  36. Qız övladın uşağını beldə gəzdirirlər, oğul övladın balasını isə özü yeriməyə məcbur edirlər.
  37. Valideynləri ilə birlikdə yaşadığı müddət ərzində uşaqlarınızı uşaq sayın.
  38. Sevimli övladı da bəzən cəzalandırmaq lazım gəlir.
  39. Övladın ürəyini atasından daha yaxşı bilən olmaz.
  40. Uşağın da böyüdüyü vaxt gələcək.
  41. Həsrətlə gözlənilən övlad çox vaxt kor doğulur.
  42. Pələng də balalarını müdafiə edir.
  43. Kirpi balasının dərisini yumşaq bilir.
  44. Uşaq da doğru olanı söyləyər.
  45. Yaxşı soba pis anadan daha çox adamın canını qızdırır.
  46. Qayınata və qayınanaya həmişə elə gəlir ki, kürəkən ac qalır.
  47. Qızsız onun əri qohum sayılmaz.
  48. Ana on kürəkənində pis heç nə görmür, amma bircə gəlinində hər şeyin pis olduğunu düşünür.
  49. Sevdiyin adamın catışmazlıqlarını görmürsən.
  50. Qızının əri – arzuolunan qonaqdır.
  51. Qız valideynləri kürəkəni oğul bilirlər.
  52. Qızın anası kürəkəni, oğlanın anası gəlini sevər.
  53. Qohum pis gündə adamı üzü üstə qoymaz.
  54. Arvadın bütün qohumlarına eyni cür yanaşma.
  55. Təcrübəli ər arvadın qohumları ilə necə davranacağını yaxşı bilir.
  56. Qayınana həmişə vaxtsız gəlir.
  57. Oğlan anası heç yuxuda da gəlinin qohumlarını görmək istəmir.
  58. Ondan inciyənin dayı/əmi olduğunu biləndən sonra üzr istəyir.
  59. Dayı/əmi bacı/qardaşoğluna necə yanaşırsa, elə də münasibət ondan görər.
  60. Pis əmi/dayı yükü bacı/qardaşoğluna verər.
  61. Fərsiz gəlin xeyrat vaxtı xəstələnər.
  62. İkinci gəlini görəndə birincinin qədrini bilərsən.
  63. Adı çıxmış çətin ki, ərə gedə bilə.
  64. Kiçik qızına ər tapmaq ananın özünün yenidən ərə getməsindən daha çətindir.
  65. Qızı ilə yad toyuna hər ana getməz.
  66. Varlı adam uzaq qohumuna da görüm-baxım edir.
  67. Yaxın qonşu uzaq qohumdan yaxşıdır.
  68. Hər kənddə subay bir oğul var.
  69. Bacının evində yeznənin boşqabı gözə böyük görünər.
  70. Təsadüfi sevginin sonu ayrılıq olur.
  71. Gəlinin yaxşılığı qayınananın gözünə görünməz.
  72. Köhnə çarığın da öz tayı olur.
  73. Tənha durnanın cavabsız məhəbbəti kimi.
  74. Balıq böyüdüyü suyu istər.
  75. Doğma yerlərin qarğası da adama xoş gəlir.
  76. Kişi neçə dəfə evlənirsə evlənsin, seçdiyi qadınlar bir-birinə bənzəyəcək.
  77. Tikməyi bacarmayan qadın saçını su ilə isladar.[1]
  78. Yelbeyin qadından yaxşı qayınana çıxır.
  79. Yağış kəsdi, indi yaxınlarının qəbirlərini səhmana sal.

[1] Saçını daramaq daha rahatdır, amma bu isladır (yəni lazım olan, qəbul edilmiş qaydada iş görmür mənasında)