XOŞBƏXTLİK, BƏXBƏXTLİK, SEVİNC, QÜSSƏ
- Xoşbəxtlik zəhmətlə gəlir.
- Xoşbəxtlik nadir hallarda zəhmətsiz gəlir.
- Almaz dağları belə qarnın tox olanda gözəl görünür.
- Məhəbbəti kəsə bilən bıçaq, narahatlıqdan xilas edə bilən dərman yoxdur.
- İnsan xoşbəxt olanda ürəyi yaz qarı kimi əriyir.
- Qoy xoşbəxtlik buğda dənəsi boyda olsun, yenə əldən buraxma.
- Xoşbəxtlik cüt-cüt gəlmir.
- Xoşbəxtliklə bədbəxtlik həmişə bir yerdə olur.
- Həyatda yaxşı şeylər bir də təkrarlanmır.
- Səbir xoşbəxtliyə aparır.
- Xoşbəxtlik qəfəsdəki quş kimidir; buraxdınsa, bir də tuta bilməzsən.
- Bəxtiyar adam öz həyətində də jenşen tapar.
- Bəxti yavər gedənin hər iki əlində çörək olar.
- Siçan dəliyinə də gün işığı düşür.
- Bu dünyada da yaxşı həyat olan yerlər var.
- Xoşbəxt adamın başına göydən də xoşbəxtlik yağır.
- Xoşbəxt adam başı gicəllənən kor kimidir.
- Özgə evində xoşbəxt olmazsan.
- Xoşbəxtlik olan evdə toyuqlar da tez-tez yumurtlayar.
- Bəxti gətirən adam yuvasında da qırqovul tutar.
- Köhnə çəlləyi sındırdı, onu özünə boşqab elədi.
- Balqabaq həm böyük, həm də dadlı tərəvəzdir.
- Xoşbəxt evdə badımcanın da üstündə balqabaq bitər.
- Bəxti gözəl olan qız layiqli ər tapar.
- Əgər söz-söhbətinlə xoşbəxtlik gətirsəydin, səni əllərim üstündə gəzdirərdim.
- Başqasının xoşbəxtliyinə həsəd aparma.
- Tabelikdə olan üçün xoşbəxt müdir ağıllısından daha yaxşıdır.
- İşin alınanda, burnunu dik tutma.
- Bir yaxşı iş görsən, ikiqat fayda götürərsən.
- Alov içində olan inək kimi vurnuxur.
- Paxla görmüş eşşək kimi sevinir.
- Bahar gələndə yabı da şıllaq atır.
- Çayda balıq görəndə sevinmə, tutanda sevinərsən.
- Yaxşı toxumların varsa belə, yaxşı məhsul götürəcəyinə sevinmək üçün tələsmə.
- Məhsulu yığdı – şadyanalıq elədi, sahibkara aparanda gözünün yaşını tökdü.
- İnsan taleyi dəyişkəndir.
- Bədbəxtlik gözlənilmədən qapını döyür.
- Şirin soya görmək üçün beş gün ac qalır.
- Hamı öz bədbəxtliyində başqalarını günahlandırır.
- Heç balaca şeytan da xoşbəxtlik gətirməz.
- Bəxt gətirmirsə, ögey oğul da üç yaş böyük olur.
- Bəxt gətirməyəndə sıyığın da içindən sümük çıxır.
- Bəxtsiz olanda yumurtanın içindən iynə çıxar.
- Buzovla birlikdə inəyi də itirdi.
- Bəxt gətirməyəndə yıxılanda üstünə başqası da düşər, altında qalarsan.
- Bəxti gətirməyən qadının yatağına xədim gələr.
- Bəxtsizin xörəyi boşqabdan yerə tökülər.
- Bəxtsiz adam dalıüstə də düşsə, burnu sınar.
- Mal peyinində ayağı sürüşüb, keçi peyininin üstünə yıxılır.
- Bəxtsizin iti oğruya da hürməz.
- Uşaqsız qadın heç nədə nəşə tapmaz.
- Gözlənilməz bəla elə bil adamın qaşından düşüb gəlir.
- Toyuq yaxşılığa banlamaz.
- Bəlaya düşən adam özgəsinin bəlasına şərik olmaz.
- Bəla gələndə adamın burnu da ağlayır.
- Ailədə birlik olmayanda hamı bir-birinin pisliyini istəyər.
- Qayınana gəlinlə mübahisə edirsə, fəlakət yaxındadır.
- Böyük fəlakət baş verəndə burundakı tüklər də ağarar.
- Bəla tək gəlmir.
- Bəla çay kimidir: bir neçə mənbədən axıb gəlir.
- Bəxti gətirməyən balıqçının toruna meduza düşər.
- Əldə etdiyi oldu ucuz bər-bəzək, itirdiyi oldu inək.
- Bəlada olan qonşu sənin öz dərdini yüngüllətməz.
- Bəla izsiz keçmir.
- Başını itirəndə öz ürəyinə də yumruq qoyarsan.
- Lal dərdini danışmaz.
- Bədbəxtliyə görə təəssüf etmək mənasız işdir.
- Nəyisə itirmisənsə, hesab et ki, kasıba vermisən.
- Ev yanırsa, bircə təsəllin var: içindəki taxtabitilər də yanır.
- Əhliləşmiş pələngdən də bəla gözlə.
- Müflis olmuş tacirin dükanına siçovul dolar.
- Viran qalmış evdə siçanlar bayram edər.