- Mədəniyyət

Aygün ƏZİZ. Koreya xalq deyimləri, atalar sözləri, zərb-məsəllər, müdrik fikirlər

KASIBLIQ, BOLLUQ

  1. Varlılar xalqı yoxsulluqdan qurtarmazlar.
  2. Kəndli nə qədər yoxuldursa, yanban[1] bir o qədər dövlətlidir.
  3. Bir dövlətli on kəndi müflis qoyar.
  4. Anadan olanda kasıb da birdir, varlı da.
  5. Ağzı və qarnı kasıbın düşmənidir.
  6. Pula ehtiyacı olmayan yoxdur.
  7. Qarnını doyurmağa heç nə yoxdursa, adamın heç doğma atası yada düşmür.
  8. Kasıb evində ehsan tez-tez verilmir.
  9. Toyda hay-küy çoxdursa, deməli, yemək azdır.
  10. Yoxsul batanda suyun üzünə boş cibləri çıxır.
  11. Həmişə kasıba elə gəlir ki, xeyrat günləri tez-tez olur.
  12. Yoxsul evdə Tanrı da ac qalır.
  13. Yoxsul evdə çubuq da fırlatsan, dəyməyə bir şey tapılmaz.[2]
  14. Bir tikəyə on ağız açılır.[3]
  15. Kasıb üçün də soyumuş düyü – düyü deyil, ucuz qəlyanaltı onu da doydurmaz.
  16. Rahibi montastr bəsləyir.
  17. Təmizlənmiş stoldakı toz qədər cibində pul var.
  18. Ac adam düyüyə almaz dağına baxan kimi baxır.
  19. Qarnı tox olmayan at yaxşı işləməz.
  20. Ac adam əşyalarının qeydinə qalmaz.
  21. Xeyrat olmasaydı düyü yeyə bilməzdi.
  22. Ac digər acın evində qarnını doydura bilməz.
  23. Ac adam həyatı daha yaxşı başa düşür.
  24. Bədənində bit tapanda yoxsul olduğunu başa düşürsən.
  25. Yeni yoxullaşan insan əvvəldən yoxsul olanla müqayisədə daha betərdir.
  26. Kasıb adam tonqalın yanında özünü tox hiss edər.[4]
  27. Kasıbın varı dağarçığında olar.
  28. Qarnı ac olanın ağlına min cür fikir gələr.
  29. İlk corabını qırx yaşında aldı.
  30. Yazda soyuq düyü də ləzzət edər.
  31. Bayramqabağı yeddi gün aclıq çəkər.
  32. Yoxsul kəndli uzun ili sevməz.[5]
  33. Pulsuz hər yer boş səhra kimi görünür; pulun olanda isə istənilən dağ gözünə almaz kimi görünər.
  34. Yazda muzdur kimdən düyü borc alacağını düşünməməlidir.
  35. Kasıbın da ülvi arzuları olur.
  36. İnsan nə qədər yoxsul olsa, bir o qədər gözəl ev tikər.
  37. Yoxsulluq umu-küsü yaradır.
  38. Başqasının malı ilə özünü varlı göstərir.
  39. Nağd çörək – əlində olandır.
  40. Torpağını satmaqdan gələn pulu qazanc hesab etmə.
  41. Ehtiyac adamı daha erkəndən işə başlamağa vadar edir.
  42. Açıqürəkli insan var-dövlət yığa bilməz.
  43. Qarnı tox insana müdiri də əziz insan kimi görünər.
  44. Varlının mədəsində də piy olur.
  45. Varlı lombarda getməz.
  46. Varlının mədəsi ləyənə, kasıbınkı oyuğa bənzər.
  47. Toxun acdan xəbəri olmaz.
  48. Varlanmış yoxsul sədəqə vermir.
  49. Pulunu artırmaq üçün sahibkar torpağı icarədardan səpindən qabaq alır.
  50. Öz pulunun qədrini bilir, yadınkının yox.
  51. Qonşunun min lyanı[6] özünün bir pını[7] qədər deyil.
  52. Kasıblara pul ver, kömək et, məbədlərə deyil.

[1] Mülkədar

[2] Yoxsulluğun həddini göstərən ifadədir.

[3] Yoxsulluğun yüksək həddini göstərir.

[4] Canı qızan adam ac da olsa, özünü yaxşı hiss edər mənasındadır.

[5] Fevral 29-dan olan il nəzərdə tutulur.

[6] Lyan – qədim pul vahidi.

[7] Pın – qədim pul vahidi (1 lyan 20 pına bərabərdir)