SƏXAVƏT, HƏRİSLİK (TAMAH, TAMAHKARLIQ, ACGÖZLÜK), QONAQPƏRVƏRLİK
- Əliaçıqlıq düyü saxlanan kəndidən[1] gəlir.
- Dolu kəndi qonaqpərvərliyə təşviq edir.
- Ev yiyəsi qonağını onun vəziyyətinə görə ağırlayır, qonaq isə ev yiyəsinin üzündəki ifadəyə görə qəbul edir.
- Təsadüfi gələn qonağı gülərüzlə qarşıla.
- Söhbətlə qarın doyurmurlar.
- Yeməyin miqdarı nimçənin böüyklüyündən deyil, ev sahibinin səxavətindən asılıdır.
- Pis tikə iştahanı öldürür.
- Qonağın paltosunu əlinə verir, hələ deyir “bir az da qal”.
- Qonağı yola salıb, özü yeməyə hazırlaşır.
- Gedən qonağın siması gözə gözəl görünər.
- Təsadüfi qonağa ümid bağlama.
- Qonaq gəldiyi evdə iş görməz.
- Ev sahibi çox olanda, qonaq ac qalır.
- Əşyaların haradadırsa, evin də oradır.
- Qonaq yedirdən qadının başı qaynar qazan kimi olar.
- Yaxşı qayınataya ver üç qədəh dalbadal, pisinə isə vur üç təpik arxadan.
- Qarışqalar qonağın ətrafına toplaşar.
- Ailədə hamı fikirləşir ki, ana böyük tikəni ilk oğulun arvadına verir.
- Verməyə qıymadığın əşya sənə xeyir gətirməz.
- Arıq toyuğun yeməli əti yoxdur, di gəl atmağa da heyfin gəlir.
- Yeyib qurtara bilmir, itə də verməyə qıymır.
- Düyüsünü axıra qədər yeməyənin gözünə yuxu getməz.
- Verməyə qıymadığın şeyi itirəcəksən.
- Bir sikkənin dalınca qaçdı, ikisini itirdi.
- Çayın qabağına bənd də vursan, tamahkarı doydura bilməzsən.
- Dilənçinin torbasını doldura bilməzsən.
- Pələngdən ət qoparda bilməzsən.
- Özünə araba-araba, özgəsinə dənə-dənə sayır.
- Danışmağa pərgar, yedirtməyə xəsisdir.
- Çingiz xanın ordusu kimi acgözdür, gözü doymur.
- Acgöz arvad qazanın dibindəki düyünü də qaşıyıb götürür.
- Xırdaçı adam xırda quş kimidir.
- Təzə yola birinci tamahkar adam ayaq qoyar.
- Xəsis burnunun fırtığını da verməz.
- Tamahkar adam, havayıdırsa, zəhər də içər.
- Xəsis ölüdən də borc istəyər.
- Qarğa kimi zibil üstündə hərlənər.
- Tamahkar göl satmağa çalışır.
- Tamahkar polisin də evini soyar.
- Xəsis adama qulaq çirki də pendir kimi görünər.
- Tamahkarlıq xoşbəxtlik gətirməz.
- Acgöz meşəbəyi yabanı qozu da qopartmağa qoymaz.
- Tamahkar adam birədən də qan alar.
- Oğurluğa gec başlayan daha böyük oğurluğa cəhd edər.
- Tamahkar ağcaqanadın ayağındakı qanı da sorub alar.
[1] İçində taxıl, un və s. saxlamaq üçün taxta, yaxud palçıqdan qayrılmış qab