- Mədəniyyət

Aykut Daşkın: “Fulya” filmi göz yaşlarının Zəfərə dönüş hekayəsidir

“Fulya” sənədli filmi həqiqətən də göz yaşlarının Zəfərə dönüş hekayəsidir. Otuz il əvvəl Azərbaycana qarşı Xocalı soyqırımı törədildi. Bu qətliam törədiləndə mən uşaq idim. Şükürlər olsun ki, böyüdük və bu qələbəni gördük.

Bu fikirləri “Fulya” sənədli filminin Türkiyə tərəfindən rejissoru Aykut Daşkın deyib.

“Fulya” sənədli filmini tarixi əhəmiyyətli efir əsəri olduğunu diqqətə çatdıran rejissor A.Daşkın bildirib ki, otuz illik acıları da, böyük Zəfəri də yaşayan və qazanan Azərbaycan xalqıdır. Biz sadəcə olaraq bu tarixi kameraların gücü ilə ekranlara daşımışıq.

Xatırladaq ki, oktyabrın 9-da Ankara şəhərində rəsmi şəxslər, diplomatlar, paytaxt ictimaiyyətinin tanınmış nümayəndələri, media təmsilçiləri, eləcə də Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və filmin baş qəhrəmanı Fulya Öztürkün iştirakı ilə “Fulya” sənədli filminin təqdimatı keçirilib. Filmin Bakıda da təqdimatının keçirilməsi nəzərdə tutulur. (azertag)