- Cəmiyyət

Azərbaycan güləşçisi erməni rəqibini 109 saniyəyə məğlub edib

Azərbaycanın sərbəst güləşçisi Əşrəf Aşırov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisinə qalib gəlib.

“Report”un məlumatına görə, 79 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Arman Avaqyanla qarşılaşıb.

Rəqibinə 111 saniyəyə (1 dəqiqə 49 saniyə) tam üstünüklə – 11:0 hesabı ilə qalib gələn Aşırov yarımfinala yüksəlib.