Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın hərbi-siyasi rəhbərliyinə növbəti dəfə xəbərdarlıq edib.
Xəbərdarlıqda deyilir:
“Bir daha bildiririk ki, dövlət sərhədində yaradılan istənilən qarşıdurmanın nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri noyabrın 15-də Kəlbəcər istiqamətində növbəti təxribat törədib.