Azərbaycan Fransadakı səfirliyinin dəstəyi, bu ölkədə fəaliyyət göstərən Xəzər Tədqiqat Mərkəzinin təşkilatçılığı ilə paytaxt Parisdə keçirilən Türk Dünyası Günlərində təmsil olunub.
“Report”un yerli bürosu xəbər verir ki, Fransanın Şərq Dilləri və Sivilizasiyası Milli İnstitutunda (İNALCO) baş tutan tədbirə Azərbaycanla yanaşı Türkiyə, Özbəkistan, Qazaxıstan və digər türkdilli ölkələrin təmsilçiləri də qatılıblar.
Tədbir çərçivəsində təşkil olunmuş Azərbaycana həsr olunan stendi çoxlu sayda qonaqlar ziyarət ediblər. Tədbir iştirakçılarına ölkəmizə həsr olunmuş kitablar, şirniyyatlar paylanılıb, ölkəmiz haqqında ətraflı məlumat verilib.
Azərbaycan rəqslərini İNALCO-da təhsil olan tələbə bacı-qardaşlar – Dilbər və İlkin Nəcəfov ifa ediblər.