Gürcüstan parlamentinin sədri Kaxa Kuçava Parlament sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün 7-9 sentyabr tarixində Avstriyada səfərdə olacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qanunverici orqanın mətbuat xidməti məlumat yayıb.
Məlumata səasən, spiker tədbir çərçivəsində ikitərəfli görüşlər keçirəcək. K.Kuçavanın Estoniya, Ermənistan, Kamerun, Misir, Şimali Makedoniya, Sloveniya, Nigeriya, BƏƏ, Azərbaycan, Koreya Respublikası, Türkiyə, İsveç və Avstriyanın parlament sədrləri ilə görüşləri planlaşdırılıb.
Sədr həmçinin ATƏT-in Parlament Assambleyasının sədri Marqareta Sederfelt və digər rəsmi şəxslərlə də görüşəcək.
K.Kuçavanı səfərdə parlamentin Xarici əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze müşayiət edəcək.