- Cəmiyyət

“Azərbaycanda intihar davranışı”

Ülkər İsayeva və Hamlet İsaxanlının birgə ərsəyə gətirdiyi fəsil  Springer Nature tərəfindən çap olunmuş “Suicidal Behavior in Muslim Majority Countries” kitabında

Xəzər Universitetinin psixologiya departamentinin müəllimi Ülkər İsayeva və universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri və riyaziyyat kafedrasının müəllimi Prof.Akad. Hamlet İsaxanlının “Suicidal Behavior in Azerbaijan” (“Azərbaycanda intihar davranışı”) adlı birgə fəsli çap olunmuşdur. Fəsil Springer Nature Singapore Pte Ltd şirkəti tərəfindən nəşr edilmiş  “Suicidal Behavior in Muslim Majority Countries” (“Əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdə intihar davranışı”) adlı kitabda çap olunmuşdur.

Tədqiqatçılar Azərbaycanın unikal coğrafi, sosial-mədəni və tarixi reallığında intihar fenomenindən geniş danışırlar. Onlar Azərbaycanda intihar davranışına səbəb olan risk faktorlarını təsvir edir və intiharın qarşısının alınması üçün maneələrin aradan qaldırılması ilə bağlı mövcud problemlərin dərin təhlilini təqdim edirlər. Onlar qeyd edirlər ki, baxmayaraq ki, Azərbaycanda intihar digər oxşar ölkələrə nisbətən daha az olsa da intihara təhsir edən risk faktorları daha yaxından araşdırılmalıdır.