- Cəmiyyət, Manşet

Azərbaycanda Qurban bayramına görə 4 gün iş olmayacaq

Baş nazir Əli Əsədov iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar imzalayıb.

Qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci il 19 iyul iş günü ilə 17 iyul istirahət gününün yerləri dəyişdirilir.

Qeyd edək ki, iyulun 20 və 21-də Azərbaycanda Qurban bayramı qeyd olunacaq. Əmək Məcəlləsinə əsasən, qeyd olunan günlər qeyri-iş günləri sayılır.