- Cəmiyyət

Azərbaycanın daha bir boksçusu Avropa çempionatında erməniyə qalib gəlib

İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinə yekun vurulub.

“Report”un məlumatına görə, Azərbaycan millisinin daha 2 üzvü qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb.

Məhəmmədəli Aşurəliyev Armandas Kreqzdenin (Litva) ardınca Artur Avetikyana (Ermənistan) da gücünü göstərib. 54 kq çəki dərəcəsində mübarizə aparan Avropa birinciliyinin finalçısı rəqibinə heç bir şans verməyib. Erməni boksçunu 5:0 (29:28, 29:28, 29:27, 29:28, 29:28) hesabı ilə məğlub edən Aşurəliyev yarımfinalda iştirak hüququna yiyələnib.

O, finala gedən yolda gürcüstanlı Levan Demurovi ilə döyüşəcək.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova