- Cəmiyyət

Azərbaycan dili üzrə saatlar artırılıb

“Tədris başqa dillərdə olan siniflərdə Azərbaycan dili fənninin tədrisinin artırılması nəzərdə tutulub”.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Real TV”yə müsahibəsində deyib.

“Bu o anlama gəlməsin ki, başqa tədris dillərinin əleyhinəyik. Yenə də ölkəmizin milli adət-ənənələri, dəyərləri şagirdlərin təlim və tərbiyəsində əsas meyar olmalıdır. Bu nöqteyi-nəzərdən tədris digər dillərdə aparılan siniflərdə Azərbaycan dili fənni üzrə saatlar 2 dəfə artırılıb. Məqsədimiz dilimizi daha yaxşı öyrənməkdir. Hesab edirəm ki, cəmiyyətimiz bunu yaxşı qarşılayacaq”, – deyə nazir əlavə edib.