Azərbaycan Dövlət Rəqs Ansamblı 36 ildən sonra İstanbulda ilk konsertini verib.
“Report” xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.
Ansambl Cəmil Topuzlu adına amfiteatrın səhnəsində Azərbaycanın milli rəqslərini ifa edib.
Konsert Azərbaycan və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Hacı Xanməmmədovun əsərləri səsləndirilib.
Qeyd olunub ki, Dövlət Ansamblı sonuncu dəfə 36 il əvvəl İstanbulda çıxış edib.
Xatırladaq ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. 2018-ci ildən ansamblın rəhbəri Xalq artisti Rüfət Xəlilzadədir.