- Mədəniyyət

Azərbaycan Fransada keçirilən Jazz Festivalında təmsil olunub

Azərbaycan Fransada keçirilən Jazz Festivalında təmsil olunub.

“Report”un yerli bürosu xəbər verir ki, Fransanın Sete şəhərində hər ilin iyul ayında açıq havada baş tutan “JAZZASETE” festavında ölkəmizi azərbaycanlı caz ifaçısı İsfar Sarabski təmsil edib.

Festivalda İ.Sarabskinin yaradıcılığından söz açılıb, onun musiqisinin şərq və qərb musiqisi arasında körpü yaratdığı bildirilib.

Qeyd olunub ki, sənatkar Azərbaycandan gəlib. O, caz və klassik musiqisi, Şərqlə Qərb, folklor və elektro arasında körpülər yaradır. O, heyrətamiz istedadı ilə yeni üfüqlər açır, yeni yollar yaradır, sərhədləri aradan götürür.

Azərbaycanlı caz ifaçısısın təqdimatı zamanı onun ifasının istər öz ölkəsində, istərsə də xaricdə böyük rəğbətlə qarşılandığı bildirilib.

“İsfar, tamaşaları zamanı inanılmaz bir enerji ilə hekayələri, duyğuları bizə nəql edir. Ölkəsində onun konsertləri xüsusilə populyardır. Çünki o ictimaiyyətlə tellər yarada bilib”, – festivalda vurğulanıb.

Festival zamanı Azərbaycan jazzı böyük alqışlarla müşayiət olunub.