Dohada Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılovun Qətərin mədəniyyət və idman naziri Salah bin Qənim Əl Əli ilə görüşündə iki ölkə arasında mədəniyyət və idman sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tərəflər iki ölkə arasında mədəni əlaqələrin səviyyəsindən məmnunluq ifadə ediblər. Görüşdə qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ilin fevralında Dohaya rəsmi səfəri çərçivəsində mədəni əməkdaşlığa dair imzalanmış sənəd əlaqələrin möhkəmlənməsinə təkan verib.
Görüşdə Azərbaycan və Qətərin uyğun hökumət strukturları arasında əməkdaşlığın inkişafı, birgə mədəniyyət və idman tədbirlərinin təşkili məsələləri müzakirə olunub.