- Cəmiyyət

Azərbaycan karateçisi I MDB Oyunlarının qalibi olub

Azərbaycan karateçisi İnci Əzizova Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşünə çıxıb.

“Report”un Tatarıstan paytaxtına ezam olunan əməkdaşının məlumatına görə, 50 kq-da mübarizə aparan idmançı özbəkistanlı Nəsibəbanu Narbayeva ilə üz-üzə gəlib.

Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışın qalibi olub.