- Cəmiyyət

Azərbaycan millisi məğlub olub

“Avro-2024”ün seçmə mərhələsində Bakıda Azərbaycan və Belçika yığmaları arasında keçirilən qarşılaşma başa çatıb.
“Dalğa Arena”da oynanılan matç Belçika yığmasının qələbəsi ilə başa çatıb. Yeganə qola 38-ci dəqiqədə Yannik Karrasko imza atıb.
Qeyd edək ki, Azərbaycan yığması sentyabrın 12-də eyni stadionda İordaniya ilə yoldaşlıq görüşü keçirəcək.