- Mədəniyyət

Azərbaycan musiqiçiləri Astanada mahnı festivalında çıxış ediblər

Astana şəhərində Şamşi Kaldayakovun “Mənim Qazaxıstanım” adlı beynəlxalq mahnı festivalı keçirilib.

AZƏRTAC Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, festivalda Özbəkistan, Ukrayna və Qazaxıstan, Azərbaycan və Qırğızıstanın incəsənət nümayəndələri iştirak ediblər.

Festivalda Şamşi Kaldayakovun qazax musiqi mədəniyyətinin simvoluna çevrilmiş məşhur əsərləri səsləndirilib.

Festivalın təşkilatçısı qismində Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin dəstəyi ilə “Kazakhkonsert” Dövlət Akademik Konsert Təşkilatı çıxış edib.