- Dil

“Azərbaycan ” prospektindən qaçqın düşmüş dil…

Gülyaz ƏLİYEVA

Bakı… Xəyallarımın şəhəri. Mən Bakıda doğulmamışam. Amma Bakını görmək həmişə mənim uşaqlıq arzularımdan olub. Çoxdandır, Bakıda olmamışdım. Fikrimdə müstəqillik illərində inkişaf edib daha da gözəlləşmiş, müasirliyi və qədimliyi özündə əks etdirən Azərbaycanın paytaxtı, əsl Azərbaycan şəhəri tutub, üz tutdum Azərbaycanın adını daşıyan “Azərbaycan” prospektinə. İnsafən, Bakı görmədiyim illərdə çox dəyişib, çox inkişaf edib, çox gözəlləşib. Amma… amma onda Azərbaycandan əsər-əlamət belə qalmayıb… Burada Azərbaycan ruhu öldürülüb. Sanki buranın, bu şəhərin Azərbaycana heç aidiyyəti yox!

Buradan ana dilim, Azərbaycanın dövlət dili olan, dövlət atributlarından biri olan Azərbaycan dili qaçqın düşüb, bir küncə qısılıb. Ha axtardım, ha göz gəzdirdim doğma dilə 61 ticarət və iaşə obyekti, reklam lövhəsi arasında cəmi bir yerdə rast gəldim …Fikrimdən 1990-cı ildə “Azərbaycan” qəzetində getmiş bir yazı keçdi: “Azərbaycan dili Azərbaycançılığın giriş qapısıdır. Bu qapıdan yad təfəkkürlə, qüsurlu nitqlə, küt qələmlə girmək olmaz”. Hanı bəs burada Azərbaycançılığın giriş qapısı?! Bu fikirlərlə ətrafa göz gəzdirib, bu yad mühitdə uşaq öz itirdiyi anasını axtarırmış kimi bir ana dili kəlməsi axtararkən ingilis dili kəlmələrinin içərisində bir yerdə ana dili kəlməsinə rast gəldimsə də bu, məni çox da sevindirmədi, əksinə, məyus etdi. Sanki fikrimi oxuyublarmış kimi:

“GARAGE”
GİRİŞ YOXDUR
yazısını görüb diksindim. Demək, burada Azərbaycançılığın qapısı var, amma ora giriş yoxdur deyə, bədbin düşüncələrə daldım… Öncə çaşıb qaldım. Bəlkə, mən yanılmışam. Taksi sürücüsü məni səhvən bura gətirib. Odur ki, qarşıma çıxan ilk adamdan buranın doğrudanmı “Azərbaycan” prospekti olduğunu soruşub, təsdiq cavabı aldıqdan sonra “sındı qol -qanadım yanıma düşdü”. Azərbaycanın paytaxtında Azərbaycanın adını daşıyan bu boyda prospektdə gəzərkən adam da hər addımda Azərbaycan dilində yazılmış bir obyektə, reklama rast gəlməzmi?! Hara baxırsan, ingilis sözləri reklam lövhələrində, ticarət, ictimai iaşə və digər xidmət obyektıərinin adlarında adamın gözlərini deşir, canına bir üşütmə salır. İngilis soyuqqanlılğı hiss edirsən, bu obyektlərə baxanda sanki …Sanki Azərbaycan dili haqqındakı qanunların “Azərbaycan” prospektinə heç aidiyyəti yoxmuş! Son zamanlar Azərbaycan dili haqqında verilən qanun və fərmanların sayı artdıqca ona əməl olunma da daha çox azalır sanki . Sanki bu qanun və fərmanlar əməl olunmaq üçün yox, kağız üzərində qalmaq üçün verilir. Hamısından yox, yalnız birindən misal gətirəcəyəm.

Burada “Azərbaycan Respublikasında dövlət dili haqqında” AR Qanuna (maddə 7.1) tam şəkildə əməl edilməmiş, yəni Azərbaycan dilinə obyekt adlarında, nəinki Qanunun tələbinə uyğun, hətta vicdana uyğun da olsa, yer verilməmişdir.

Adı çəkilən Qanunda qeyd edilir ki: “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir”.

Bakının mərkəzində aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü və iş rejimini istehlakçıya çatdıran lövhələrdə Azərbaycan dilindən istifadənin necə olduğunu, sözügedən Qanuna necə əməl olunduğunu aşağıda görəcəksiniz…

“Azərbaycan” prospektində reklam lövhələri, xidmət obyektlərinin adlarında ticarət, ictimai iaşə və digər xidmət obyektlərinin çəkilmiş fotolarında 61 fotodan cəmi 1-də Azərbaycan dilinə rast gəldik. Qalanlarında ya Azərbaycan dilindən istifadə edilməmiş, ya da sadəcə, bəzilərində “açıqdır”, “endirim” kimi sözlərə yer verilmişdir. Xarici dildə yazılmış brend adları, mağaza adları Azərbaycan dilində yazılanlardan uğurlu alınıb, orfoqrafık cəhətdən düz yazılıb. Bir yerdə mağaza adı “Antikvar” yazılsa da, aşağıda “Antiq əşyalar” yazılıb ki, bu da orfoqrafik cəhətdən səhvdir..

Xarici dildə yazılanlar gözəl tərtib olunub və əsasən, orfoqrafik cəhətdən düz yazılıb. Əsas çoxluğu ingilisvə yazılmış lövhələr tutur (41), hibrid (14), sonra türk (4) və ən axırıncı yeri isə rus: (“Нежный возраст”) və Azərbaycan dili (“Çox sərfəli gün eynəkləri”) tutur.

Bu ərazinin hansı xalqa məxsus olduğunu yazılara və dilinə əsasən müəyyən etmək, ilk baxışdan nəinki tanımayan, hətta mənim kimi tanıyan adam üçün də çox çətindir.

Burada fəaliyyət növünü istehlakçıya azərbaycanca çatdıran yalnız bir “obyekt” var: O da bu par-par parıldayan, yazılarından hökm, zənginlik yağan obyektlərin yanında çox sönük, kasıb və gözüqıpıq kimi tərtib olunmuş balaca bir obyekt idi ki: “Çox sərfəli gün eynəkləri” 5 AZN

yazılmış, satdığı maldan da kasıblığı (cəmi 5 azn) görünən balaca bir mağaza idi

Bir yerdə də gözümə Azərbaycan bayrağı asılmış bir obyekt dəydi.Tez sevincək ora doğru yürüdüm .Burada isə Azərbaycan bayrağı asılsa da, yazılarda Azərbaycan dili görünmür, ingilis dili hökmranlıq edirdi!

“SH STYLEHOUSE”

Vəssalam. Buyurun baxın, öz gözlərinizlə görün..

Yalnız ingiliscə yazılanlar:

“SHaurma RESTORAN CAFE”
“toystop” “ilm jeweleevy”
“Grafika 1997”
“OPTIKA BENTLEX
Carfier MAYBACH”

“FORELLI”

“Majestu”

“OUTLET bambini”

“espresso club Azerbayjan”

“BOUTIQVE CARROUSEL”

“Passion du chocolot”

“LIBRATE”

ROMANTIK DETECTIVE

“Bakury”

“Pierre cardin”

“GOLD”

Brend kosmetika

“FAVORİT collection”

“PASSAGE HOTEL”

“Baku city Academy”

“PROMESSA WE DING”

“TULP HANDMADE WITH LIVE”

“MANQALYAFAST CASUAL RESTARANT”

“SIS Sislengerie Baku”

“HUMARIFF NEDDING BOUTIQU”

“ORIFLAME”

“SH STYLEHOUSE”

“COFFEE”

“DAVID’S PIŞKA”

“ELATUS madlen”

“BARGELLO Perfume”

“Love Flovers”

“Gandy Land”

“Tovtissimo”

“Scallezion ”

“White silver”

“Ghic accessories”

“INARIO”

“IDEAL” perfumery e cosmetics

“Royal Brilliant”

“Rijaae”

“PISERR”

İki dildə yazılanlar:

“ANTİKVAR Antiq əşyaların FARFOR”

“SUMMER SALE”

Bütün geyimlərə 50%

“LİZZA” qadın geyimləri

“LORİS PARFUM” 3 gün kalıcı PARFUM

“espresso club AZERBAYJAN” açıqdır

“Jasmin” endirim

“KARACA” Bütün mallara 60%

“LINENS” Pərdə

“Garderobe”

Qadın geyimləri 20 azn Çətirlər 14 azn

“SALE” 31 Mayadək

“GOLD” Zərgərlik qızılın alışı

“Ponçik”

15 qəpik

“since 2011”

Türk:

“Özdilek Yetkili satıcısı”

“Bambi YATAK”

“hekimoğlu doğal yaşam”

Biostore “İsbir YATAK”

Rusca:

“Нежный возраст”

İndi siz deyin, mənim ana dilim, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili Azərbaycanın paytaxtı Bakı şəhərindən, onun “Azərbaycan” prospektindən niyə qaçqın düşüb?!İndi siz deyin, mənim ana dilim, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dili Azərbaycanın paytaxtı Bakı şəhərindən, onun “Azərbaycan” prospektindən niyə qaçqın düşüb?!