- Cəmiyyət

Azərbaycan taksi xidmətlərinin bahalığına görə MDB-də ikinci yerdədir

Azərbaycan MDB ölkələri arasında taksi xidmətinin yüksək tariflərinə görə ikinci yerdə qərarlaşıb. Ölkədə bir kilometr məsafənin gediş haqqı orta hesabla sərnişinə 1 manata başa gəlir.

APA-Economics”in “Numbeo” qlobal verilənlər bazasının hesabatı əsasında apardığı hesablamalara görə, Birlik məkanında ən bahalı taksi xidməti Türkmənistandadır, orada bir kilometr gediş haqqı 1,46 manat təşkil edir.
MDB ölkələrində ən ucuz taksi Belarusdadır. Bu ölkədə xidmətin orta qiyməti 1 km üçün 0,25 manat, Qırğızıstanda 0,32 manat, Özbəkistanda isə 0,34 manatdır.
Taksi xidmətlərinin baha qiymətinə görə, dünyada birinci yeri İsveçrə tutur – bu ölkədə sərnişin hər kilometrə görə 6,6 manat ödəməlidir, Seyşel adalarında bu məbləğ – 5,86 manat, Yaponiyada isə 5,21 manat təşkil edir.

Artan qiymət göstəricisi üzrə ölkələr aşağıdakı ardıcıllıqla təqdim olunur:

Ölkələr (MDB) Yerli valyuta Azərbaycan manatı
1 Belarus 0,50 BYN 0,25
2 Qırğızsan 15 KGS 0,32
3 Özbəkistan 2209,49 UZS 0,34
4 Moldova 4 MDL 0,36
5 Ermənistan 100 AMD 0,39
6 Tacikistan 2,88 TJS 0,44
7 Rusiya 20 RUB 0,57
8 Qazaxıstan 150 KZT 0,59
9 Azərbaycan 1 AZN 1
10 Türkmənistan 3 TMT 1,46