- Cəmiyyət, Manşet

Azərbaycan Ukraynaya humanitar tibbi yardım göndərib

Azərbayan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilib.

Agentlikdən APA-ya verilən məlumata görə, 27 fevral tarixində tibbi vasitələrin yükləndiyi təyyarə yola düşüb.