Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə dərman vasitələri, tibbi sərfiyyat malları və ərzaq məhsullarından ibarət növbəti yardım yola salınıb.
APA xəbər verir ki, humanitar yükü Varşava hava limanına çatdırmaq üçün ilk təyyarə saat 14:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşüb.