Gəncə Dövlət Milli Dram Teatrında gürcü yazarı N. Dumbadzenin “Kukaraça” tamaşasının premyerası olub.
AZƏRTAC xəbər verir ki, tamaşa Gürcüstanın Ozurgeti Milli Dram Teatrı ilə birgə layihə çərçivəsində ərsəyə gəlib. Tamaşada Azərbaycan və Gürcüstandan olan aktyorlar eyni səhnəni bölüşüblər.
Layihənin bədii rəhbəri Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı, koordinatoru Gəncə Dövlət Milli Dram Teatrının aktyoru Yusif Cəfərovdur.
Tamaşanın quruluşçu rejissoru Gürcüstanın Əməkdar incəsənət xadimi, Ozurgeti Milli Dram Teatrının bədii rəhbəri və direktoru Vasili Ciqoqidze, quruluşçu rəssamı Rustavi teatrının baş rəssamı Lomqul Murusidze, rəssamı Mirzə Mehdi, xoreoqrafı isə Zeynəb Hüseynovadır.
Tamaşanın növbəti premyerası iyunun 7-si saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında olacaq.