- Cəmiyyət

Azərbaycanda baş verən zəlzələ Qazaxıstanda da hiss olunub

Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Qazaxıstanın Aktau şəhərində də hiss olunub.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

“Qazaxıstan ərazisində – Aktauda (Xəzəryanı Manqistau rayonunun inzibati mərkəzi) 12 ballıq MSK-64 şkalası üzrə 3 bal gücündə yeraltı təkanlar hiss olunub”, – qeyd ediblər.

Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Qazaxıstanın Almatı şəhərindən 2289 km məsafədə, 35 km dərinlikdə yerləşib.