“Azərbaycandakı hərbi əməliyyatların ön cəbhəsində” adlı sənədli film beynəlxalq mükafata namizəddir. “Vice News” xəbər kanalının Vətən müharibəsi dövründə çəkdiyi bu sənədli film Britaniyanın nüfuzlu “One World Media” mükafatına namizədlər siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə mükafatın rəsmi saytında məlumat yerləşdirilib. Film “İlin xəbər mükafatı” nominasiyası üzrə mükafata təqdim edilin.
Qeyd edək ki, filmdə hərbi əməliyyatlar zamanı ermənilərin mülki əhaliyə qarşı törətdikləri cinayətlər əks olunur.
Məlumat üçün bildirək ki, “One World Media” mükafatı dünya KİV-də əksini tapmış ən yaxşı materiallara təqdim olunur. Builki seçimlərdə 96 ölkədən olan 500-dən çox iş iştirak edib.
Mükafat qaliblərinin adı iyunun 17-də açıqlanacaq.