- Mədəniyyət

Azərbaycanın Xalq artisti İstanbulda keçiriləcək beynəlxalq festivalın xarici qonaqlar siyahısında yer alıb

Noyabrın 11-13 tarixlərində İstanbulun Atatürk Mədəniyyət Mərkəzində keçiriləcək III Beynəlxalq Xalq Musiqiləri Festivalının builki xarici qonaqlar siyahısında Azərbaycanın Xalq artisti Azərin yer alacaq.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək festivalın proqramı qardaş ölkədə fəaliyyət göstərən “Sənət Həyatdır” Dərnəyi tərəfindən hazırlanıb.

Festivalın açılış konserti dünyaca məşhur Mərakeş əsilli fransız sənətçi Hindi Zəhra ilə türk musiqiçi Yavuz Bingöl tərəfindən keçiriləcək.

Noyabrın 13-də isə Azərbaycanın Xalq artisti Azərin öz mahnıları ilə musiqisevərlərlə görüşəcək.