- Mədəniyyət

Azərbaycanlı ifaçı beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

ISESCO, Gənclər və İdman Nazirliyinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) iştirakı ilə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi “İslam dünyası” gənc klassik musiqi ifaçılarının XI müsabiqəsində məktəb-studiyanın fortepiano ixtisası üzrə 5-ci sinif şagirdi Hüseyn Quliyev fortepiano nominasiyası üzrə birinci yerə layiq görülüb.

BMA-dan AZƏRTAC-a bildirilib ki, 20 yaşadək gənc klassik musiqi ifaçılarının qatıldığı beynəlxalq müsabiqədə 10-a yaxın ölkədən 2 yaş qrupu (böyük və kiçik) olmaqla, 2 nominasiya uğrunda mübarizə aparılıb.