- Mədəniyyət

Azərbaycanlı rəssam Türkiyədə mükafata layiq görülüb

Türkiyənin “Saküder” Beynəlxalq Sənət və Sənətkarlar Birliyi Dərnəyi həmyerlimiz, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Əməkdar rəssam Rəhim Məmmədovu “2022-ci il sənət” mükafatına layiq görüb.

AZƏRTAC xəbər verir ki, mükafat Rəhim Məmmədova bu il mayın 13-də İzmirdə keçiriləcək Beynəlxalq Rəsm Sərgisi və Mükafatlandırma mərasimində təqdim olunacaq.

Türkiyəyə 1995-ci ildə yerləşən Rəhim Məmmədov qardaş ölkənin Kayseri vilayətinin Ərciyəz Universitetinin gözəl sənətlər fakültəsinin rəsm bölümündə müəllim olaraq fəaliyyətini davam etdirib. 1996–2003 illər ərzində eyni bölümün rəhbəri seçilən rəssam 2003-2010 illərdə bu fakültənin dekanı olub. Hazırda həmyerlimiz İzmirdə yerləşən özünəməxsus emalatxanada fəaliyyətini davam etdirir.

Rəssamın Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan və Avropanın bir sıra ölkələrində fərdi sərgiləri açılıb.